ABŞ-nin Alyaska ştatında hərbi radar bazasına gedən “Cessna 441” tipli çarter təyyarəsi qəzaya uğrayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təyyarədə olan 8 nəfərin hamısı həlak olub. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başlanıb.
ABŞ ordusunun Alyaska Komandanlığının açıqlamasına görə, hadisə ştatın qərbində yerləşən Keyp Nyuenhem bölgəsində baş verib.
ABŞ Federal Aviasiya İdarəsi (FAA) “Cessna 441” tipli təyyarənin Ted Stivens Ankoric Beynəlxalq Hava Limanından Keyp Nyuenhemə uçmaq üçün havaya qalxdığını bildirib.
Təyyarə yerli vaxtla saat 12:15 radələrində Keyp Nyuenhem Uzunmənzilli Radar Qurğusunun hava limanında qəzaya uğrayıb.