“Mabel Matiz” kimi tanınan türkiyəli müğənni Fatih Karaca “Ha Leylim” mahnısının sözləri və videoklipində əxlaqsızlıq olduğu iddiası ilə bağlı başladılan istintaq çərçivəsində ifadə vermək üçün İstanbulun Çağlayandakı Ədliyyə Sarayına gedib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, prokurorluqda ifadə verən Karaca barəsində məhkəmə nəzarəti tədbirinin tətbiq edilməsi tələbi ilə sülh cinayət məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Karaca barəsində “ölkədən çıxış qadağası” şəklində məhkəmə nəzarəti tədbiri tətbiq olunub və o, sərbəst buraxılıb.