logo
logo logo
logo

Güclü tayfunda 159 nəfər həlak oldu

15:45 - 21 Avqust 2026

Güclü tayfunda 159 nəfər həlak oldu

Çinin cənubundakı Quansi Çjuan Muxtar Rayonunda iyul ayının əvvəlində təsirli olan “Maysak” tayfununun səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 159 nəfər həyatını itirib, 10 nəfər itkin düşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakətdən 1 milyon 650 mindən çox insanın zərər çəkdiyi bildirilib.

Yerli hakimiyyət orqanlarının açıqlamasına görə, bölgənin inzibati mərkəzi Nannində və digər şəhər Quyanqanda ümumilikdə 159 nəfər həlak olub, 10 nəfərin axtarışı davam edir.

Nannində 11 rayon, ərazi və şəhərdə 579 min 700 nəfər seldən zərər çəkib. Onlardan 23 min 300 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib, 78 min 300 nəfər isə müvəqqəti yerləşdirmə mərkəzlərinə köçürülüb. Polis tərəfindən aparılan araşdırmalardan sonra şəhər üzrə 136 ölüm və 10 itkin düşmə faktı təsdiqlənib. Yalnız Lyulan və Yunbyao su anbarlarının dağılması 107 nəfərin ölümünə və 7 nəfərin itkin düşməsinə səbəb olub.

Quyanqan şəhərində isə seldən 1 milyon 73 min nəfər zərər çəkib. Hakimiyyət orqanları 205 min nəfəri təxliyə edib, 15 min nəfəri isə müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirib. Şəhərdə 23 ölüm faktı qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az