logo
logo logo
logo

Tibbdə oxşarı olmayan əməliyyat həyata keçirildi

21:17 - 31 Avqust 2026

Tibbdə oxşarı olmayan əməliyyat həyata keçirildi

Samsun Şəhər Xəstəxanasında amiotrofik lateral skleroz (ALS) diaqnozu qoyulan Oktay Asalın (43) ciddi şəkildə zədələnmiş aorta və mitral ürək qapaqları eyni vaxtda həyata keçirilən əməliyyatla mexaniki protezlərlə əvəz edilib.


Manset.az türk mediasına istinadən xəbər verir ki, Samsun sakini Oktay Asal 2023-cü ildə yüksək qan təzyiqi, yerimə və nitq pozuntuları, həmçinin bədəninin sol tərəfində hissiyyat itkisi şikayətləri ilə Samsun Tədris və Araşdırma Xəstəxanasının Nevrologiya şöbəsinə müraciət etmişdi. İlkin olaraq onda ALS xəstəliyinin başlanğıcı diaqnozu qoyulsa da, zaman keçdikcə simptomları daha da ağırlaşdı. Asal nəfəs darlığı, tez yorulma, yeriyə bilməmə və danışıq çətinliyi problemləri ilə yenidən xəstəxanaya müraciət etdi. Müayinələr zamanı ürək qapaqlarından ikisində — birinin anadangəlmə, digərinin isə sonradan zədələndiyi məlum olan — ciddi pozuntu və bunun nəticəsində yaranmış əhəmiyyətli dərəcədə ürək böyüməsi aşkarlandı. Asal yüksək riskli bir əməliyyat keçirdi və bu əməliyyat zamanı hər iki qapaq mexaniki protezlərlə əvəz olundu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az