logo
logo logo
logo

4,3 milyon dollarlıq brilyant boyunbağı belə oğurlandı

16:00 - 01 Sentyabr 2026

4,3 milyon dollarlıq brilyant boyunbağı belə oğurlandı

Avstriyanın paytaxtı Vyanada muzeyə sərgi üçün verilmiş, bir vaxtlar Misir Kraliçası Nazlıya məxsus olan 200 karatlıq brilyant boyunbağı oğurlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 673 brilyantla bəzədilmiş platin boyunbağını oğurlayan iki nəfər axtarılır. Şübhəlilər muzeyə ziyarətçi kimi daxil olaraq çəkiclə vitrin şüşəsini sındırıb və zinət əşyasını götürüblər.

Hadisə zamanı xəsarət alan olmayıb. Polis şübhəlilərin görüntülərini yayıb və onların cinayətkar qrupun sifarişi ilə hərəkət etdiyini ehtimal edir.

Boyunbağının 1939-cu ildə Misir Kraliçası Nazlı tərəfindən qızı Fevziyyənin İran şahzadəsi Məhəmməd Rza Pəhləvi ilə toyunda taxıldığı bildirilir. Əşya 2015-ci ildə Nyu-Yorkda keçirilən “Sotheby’s” hərracında 4,3 milyon dollara satılıb.

Oğurluqdan sonra muzeydəki zərgərlik sərgisi müvəqqəti olaraq bağlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az