logo
logo logo
logo

Modidən Putinə çağırış - “Müharibəyə son qoyun”

16:32 - 01 Sentyabr 2026

Modidən Putinə çağırış - “Müharibəyə son qoyun”

Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putini Ukraynada davam edən müharibəyə son qoymağa çağırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Modi bu barədə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Putinlə görüşündə danışıb. O bildirib ki, müharibənin hər keçən günü bəşəriyyəti geriyə aparır və artıq “sonsuz müharibədən müharibənin sonuna” keçmək lazımdır. 

Hindistan lideri ölkəsinin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün bütün səyləri dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, Hindistan Rusiya ilə yaxın iqtisadi əlaqələrini qoruyur və Moskvanın əsas enerji alıcılarından biridir. Buna baxmayaraq, Modi 2022-ci ildən bəri Putinə müharibənin dayandırılması və dialoqa keçilməsi ilə bağlı dəfələrlə çağırış edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az