İyun ayında Leyboristlər Partiyasının lideri, iyul ayında isə Baş nazir vəzifəsindən ayrılan Keir Starmer 11 il ərzində təmsil etdiyi Londonun Holborn və St Pancras seçki dairəsindən parlament üzvü vəzifəsindən də istefa verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Starmer "X" hesabında paylaşdığı açıqlamada istefasının dərhal qüvvəyə mindiyini bildirib.
O, beynəlxalq əlaqələr, müdafiə, eləcə də qadın və uşaqlara qarşı zorakılıq məsələlərinə diqqət ayırmaq məqsədilə 11 illik parlament fəaliyyətini başa vurduğunu qeyd edib.
Starmer seçki dairəsində yerli problemlərin həlli istiqamətində gördüyü işlərlə fəxr etdiyini bildirib. O, həmçinin Leyboristlər Partiyasının və könüllülərin, o cümlədən baş nazir olduğu dövrdə, ona göstərdiyi dəstəyə görə təşəkkür edib.
Starmer onun yerinə namizəd olacaq Leyboristlər Partiyasının təmsilçisinə tam dəstək verəcəyini vurğulayıb.