logo
logo logo
logo

Brüssel səmasında PUA-lar qeydə alındı

16:20 - 13 Sentyabr 2026

Brüssel səmasında PUA-lar qeydə alındı

Brüsselin beynəlxalq hava limanının yaxınlığında, Zaventemdə iki gün ardıcıl olaraq pilotsuz uçuş aparatlarının (PUA) uçuşu müşahidə edilib.


Manset.az Report-a istinadən verdiyi məlumata görə, bu barədə Belçikanın hava hərəkətinin idarə edilməsi operatoru "Skeyes" məlumat yayıb.

Sentyabrın 12-də hava limanının fəaliyyəti pozulmayıb. Belə ki, hava hərəkəti dispetçeri dronu həm vizual olaraq, həm də rəqəmsal izləmə sistemləri vasitəsilə aşkar edib.

Qeyd olunub ki, sentyabrın 11-də axşam saatlarında dron barədə məlumat daxil olduqdan sonra hava limanında təyyarələrin enişi 25 dəqiqə müddətinə dayandırılıb, üç hava gəmisi isə digər hava limanlarına yönləndirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az