logo
logo logo
logo

Naməlum dron səbəbindən hava limanı bağlandı

17:57 - 13 Sentyabr 2026

Naməlum dron səbəbindən hava limanı bağlandı

Litva paytaxtı Vilnüsdə yerləşən hava limanı naməlum pilotsuz uçuş aparatlarının (PUA) görünməsi səbəbindən bütün uçuşları təcili dayandırıb.


Manset.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə “Vilnüs” uçuş məlumat rayonunun aviadispetçer xidmətindəki mənbə məlumat yayıb.

Bildirilir ki, hava limanı yerli vaxt ilə saat 13:26-dan (Bakı vaxtilə 14:26) etibarən təyyarələrin qəbulu və yola salınması üçün tam bağlanıb. Məhdudiyyətin saat 16:30-a (17:30-a)qədər davam edəcəyi gözlənilir. Dronların mənsubiyyəti və uçuş marşrutu haqqında hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, bu gün günorta saatlarında Litvanın Vilnüs, Trakay, Elektrenay rayonlarında və paytaxtın özündə hava həyəcanı elan edilib, NATO qırıcıları təcili olaraq səmaya qaldırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az