logo
logo logo
logo

Çörəyin ən zərərli növü açıqlandı

01:00 - 14 Sentyabr 2026

Çörəyin ən zərərli növü açıqlandı

Çörək gündəlik qidalanmada geniş istifadə olunsa da, onun növü sağlamlıq baxımından əhəmiyyətli rol oynayır. Qastroenteroloq Olqa Çistik ən zərərli seçimlərdən birinin ağ baton olduğunu bildirib.


Manset.az xəbər verir ki, həkimin sözlərinə görə, yüksək növ undan hazırlanan ağ çörək istehsal zamanı lif, B qrupu vitaminləri, maqnezium, sink və dəmir kimi bir sıra qida maddələrini itirir. Nəticədə məhsulda əsasən asan həzm olunan karbohidratlar qalır.

Çistikin fikrincə, ağ batonun qəbulu qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər. Bu isə qısa müddət sonra yenidən aclıq hissinin yaranmasına gətirib çıxara bilər.

Həkim həmçinin qeyd edib ki, belə qidaların tez-tez və çox miqdarda qəbul edilməsi artıq çəki və metabolik problemlərin yaranması riskini artıra bilər. Xüsusilə diabetdən əziyyət çəkən insanlarda ağ çörək qanda şəkərin səviyyəsinə daha ciddi təsir göstərə bilər.

Mütəxəssis daha çox lif və qida maddələri saxlayan tam taxıllı çörəklərə üstünlük verməyi tövsiyə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az