logo
logo logo
logo

Almaniyadan Rusiyaya uzaqmənzilli raket mesajı

13:53 - 14 Sentyabr 2026

Almaniyadan Rusiyaya uzaqmənzilli raket mesajı

Almaniya Rusiyaya qarşı uzaqmənzilli zərbə imkanlarını genişləndirmək üçün ABŞ istehsalı olan Tomahawk qanadlı raketləri və onların buraxılışı üçün nəzərdə tutulan Typhon sistemlərini almağa hazırlaşır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi bu məqsədlə təxminən 3,4 milyard avro vəsait ayrılmasını planlaşdırır. Sözügedən məbləğin 2027-ci il dövlət büdcəsinin hazırlanması zamanı nəzərə alındığı bildirilir.

Bununla yanaşı, Almaniyada Avropanın müstəqil uzaqmənzilli raket imkanlarının yaradılması istiqamətində də istehsal hazırlıqlarına başlanılıb.

Typhon sistemi Tomahawk raketlərinin buraxılması üçün istifadə oluna bilir. Almaniya tərəfi raketlər və onların buraxılış sistemlərinin birgə alınması ilə bağlı hazırlıqların planlaşdırıldığı qaydada davam etdiyini təsdiqləyib.

Qeyd olunur ki, 3,4 milyard avroluq məbləğ yekun rəqəm deyil. Büdcə müzakirələri və satınalma prosesi başa çatdıqdan sonra ayrılacaq vəsaitin həcmi dəyişə bilər.

Beləliklə, Berlin həm ABŞ istehsalı olan uzaqmənzilli silah sistemlərinin əldə edilməsini, həm də gələcəkdə Avropanın öz raket imkanlarının formalaşdırılmasını prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az