logo
logo logo
logo

"Kurtlar Vadisi"nin ssenaristləri ifadə verdilər

18:41 - 14 Sentyabr 2026

\"Kurtlar Vadisi\"nin ssenaristləri ifadə verdilər

“Ergenekon” istintaqı çərçivəsində həbsdə olarkən cəzaçəkmə müəssisəsində vəfat edən Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan araşdırma çərçivəsində “Kurtlar Vadisi” serialının ssenaristləri Silivri Ədliyyə Sarayında ifadə veriblər.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan araşdırma çərçivəsində “Kurtlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdənər və Cüneyt Aysan “məlumatlı şəxs” qismində ifadə vermək üçün Silivri Ədliyyə Sarayına gəliblər.

Silivri Respublika Baş Prokurorluğunun 2011-ci ildə Silivri Cəzaçəkmə Müəssisəsində vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı apardığı araşdırma çərçivəsində Raci Şaşmaz, Bahadır Özdənər və Cüneyt Aysanın ifadələrinin alınacağı bildirilib.

Ssenaristlər ifadə vermək üçün Silivri Ədliyyə Sarayına gəliblər. Raci Şaşmaz, Bahadır Özdənər və Cüneyt Aysan ifadə verdikdən sonra ədliyyə binasından ayrılıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az