logo
logo logo
logo

Bu ölkədə 100 yaşdan yuxarı insanlar 100 mini keçdi

13:18 - 15 Sentyabr 2026

Bu ölkədə 100 yaşdan yuxarı insanlar 100 mini keçdi

Yaponiyada yaşı 100-dən çox olan insanların sayı ilk dəfə 100 mini keçərək yeni rekord müəyyənləşdirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya hökuməti ölkədə hər il sentyabrın 15-də qeyd olunan “Ahıllara hörmət günü” münasibətilə yaşlı əhalinin artımı ilə bağlı statistik məlumatları açıqlayıb.

Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına görə, 100 yaşdan yuxarı insanların sayı artıq 56 ildir ardıcıl olaraq artır.

Ötən ilin göstəricisi ilə müqayisədə onların sayı 7 914 nəfər artıb. 100 yaşdan yuxarı insanların 94 298-i qadın, 13 379-u isə kişidir.

Ölkənin ən yaşlı qadını 114 yaşlı Fuyo Kişimoto, ən yaşlı kişisi isə 112 yaşlı Hikaru Katodur.

Yaponiyada 100 yaşdan yuxarı insanların sayına dair statistika ilk dəfə 1963-cü ildə aparılmağa başlanıb.

Ölkədə yaşı 100-dən yuxarı olan insanların sayı ilk dəfə 1981-ci ildə 1 000, 1998-ci ildə 10 000, 2012-ci ildə isə 50 000 nəfəri ötüb.

Məlumata görə, Yaponiyada orta ömür uzunluğu qadınlar üçün 87,3, kişilər üçün isə 81,3 il təşkil edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az