Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində yerləşən Olqovka yaşayış məntəqəsinin ələ keçirildiyini bildirib.
Nazirliyin yaydığı açıqlamada Rusiya qüvvələrinin Ukraynadakı cəbhə xəttinin bütün istiqamətlərində irəlilədiyi qeyd olunub.
Məlumatda "Şimal Qoşun Qrupunun bölmələri Xarkov vilayətinin Olqovka yaşayış məntəqəsi üzərində nəzarəti təmin edib", — deyə vurğulanıb.
Qeyd edək ki, nazirlik ötən gün də Xarkov və Zaporojye vilayətlərində üç yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlamışdı.