logo
logo logo
logo

Çin bu vətəndaşlarına ölkədən çıxmağa qadağa qoyur

19:34 - 15 Sentyabr 2026

Çin bu vətəndaşlarına ölkədən çıxmağa qadağa qoyur

Çin Dövlət Şurası tərəfindən iyul ayında elan edilən 19 maddədən ibarət nizamnamə ölkənin texnologiya sahəsindəki idxal və ixrac qadağalarını pozan şəxslərin ölkəyə gediş-gəlişinə məhdudiyyətlərin tətbiq olunmasını nəzərdə tutur.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu gündən etibarən qüvvəyə minən nizamnaməyə əsasən, Çinin başda süni intellekt olmaqla kritik texnologiyaların xaricə ötürülməsi ilə bağlı məhdudiyyətləri pozaraq sənaye və texnologiya təhlükəsizliyini təhlükəyə atan şəxslərə qabaqlayıcı tədbir kimi ölkədən çıxış qadağası qoyula biləcək.

Bununla yanaşı, xaricdə cinayət törədən vətəndaşların ölkədən gedişi də geri qayıtdıqları tarixdən etibarən 6 aydan 3 ilədək müddətə məhdudlaşdırıla bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az