logo
logo logo
logo

ABŞ ordusu SEPAH-ın 2 katerini məhv etdi

21:16 - 15 Sentyabr 2026

ABŞ ordusu SEPAH-ın 2 katerini məhv etdi

ABŞ hərbçiləri ölkənin Hərbi Dəniz Qüvvələrinin pilotsuz suüstü aparatını ələ keçirməyə cəhd edən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki katerini raket zərbəsi ilə məhv ediblər.


Manset.az Axios-a istinadən xəbər verir ki, bu məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi, kapitan Tim Hokins təsdiqləyib.

Onun sözlərinə görə, İranın kiçik gəmiləri bu yaxınlarda ABŞ pilotsuz aparatını zərərsizləşdirməyə cəhd etsələr də, CENTCOM qüvvələrinin qətiyyətli reaksiyasından sonra buna nail ola bilməyiblər. Aparat komandanlığın nəzarəti altında qalır.

Eyni zamanda, İran mediasının iddialarına görə, balıqçı qayıqları vurulub və bir neçə balıqçı itkin düşmüş hesab olunur.

Amerikalı rəsmi həmçinin bildirib ki, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri son həftələrdə olduğu kimi yalnız gecə deyil, gündüz vaxtı da Hörmüz boğazından keçən tankerləri müşayiət edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az