Türkiyə kinosunun əfsanəvi siması Kadir İnanırın vəfatından sonra diqqətlər onun böyük mirasına yönəlib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, tanınmış aktyorun 2015 və 2022-ci illərdə notariusun iştirakı ilə tərtib etdiyi üç ayrı vəsiyyətnamə sentyabrın 17-də məhkəmədə rəsmi şəkildə açılacaq.
Məlumata görə, İnanır həyatı boyunca hüquqi qüvvəyə malik üç ayrı vəsiyyətnamə tərtib edib.
Sənətkarın ilk vəsiyyətnaməsini 2015-ci ildə hazırladığı, dəyişən şərait və istəklərinə uyğun olaraq digər iki vəsiyyətnaməni isə 2022-ci ildə notariusun iştirakı ilə rəsmiləşdirdiyi bildirilir.
Vəsiyyətnamələrin açılması ilə İnanırın böyük mirasının kimlərə və hansı qurumlara keçəcəyi, həmçinin sənətkarın son arzularının nədən ibarət olduğu dəqiqləşəcək.