İspaniyanın Soriya vilayətində yerləşən Arenilyas kəndi getdikcə azalan əhalinin sayını artırmaq məqsədilə diqqətçəkən təşəbbüsə başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, əhalisi cəmi 40 nəfər olan kəndə köçəcək ailəyə ödənişsiz mənzil veriləcək, eyni zamanda sabit gəlir əldə edə biləcəyi iş imkanı yaradılacaq. Məktəb yaşında uşaqları olan ailələrə isə üstünlük veriləcək.
Layihə çərçivəsində bələdiyyəyə məxsus mənzil əsaslı şəkildə təmir edilərək yeni sakinlərin istifadəsinə hazırlanıb.