logo
logo logo
logo

Sudanda qızıl mədəni çökdü - Azı 60 nəfər öldü 

13:55 - 16 Sentyabr 2026

Sudanda qızıl mədəni çökdü - Azı 60 nəfər öldü 

Sudanın cənubunda qızıl mədəninin çökməsi nəticəsində azı 60 nəfər ölüb, onlarla mədənçi isə dağıntılar altında qalmış ola bilər.


Manset.az "Report"a istinadən xəbər verir ki, hadisə sentyabrın 15-i Qərbi Kordofan əyalətindəki El-Naxud şəhərinin yaxınlığında yerləşən Əl-Zəraa şaxtasında baş verib.

Bildirilib ki, növbəti günün səhərinədək dağıntılar altından ölən 63 nəfərin meyiti çıxarılıb.

Şahidlərin sözlərinə görə, ölənlərin və ehtimal edilən sağ qalanların axtarışı üzrə işlər primitiv alətlərdən istifadə edilməklə davam etdirilir, lakin dağıntıların aradan qaldırılması üçün ağır texnika lazımdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az