logo
logo logo
logo

Canlı yayım zamanı helikopter qəzaya uğradı – 3 nəfər öldü

09:19 - 17 Sentyabr 2026

Canlı yayım zamanı helikopter qəzaya uğradı – 3 nəfər öldü

ABŞ-ın Los-Anceles şəhərində NBC4 və Telemundo 52 televiziya kanallarına məxsus helikopter qəzaya uğrayıb. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində pilot Corc Marciniw NBC4-ün hava müxbiri 38 yaşlı Eliana Moreno və qəza zamanı helikopterin düşdüyü ərazidə olan 29 yaşlı Edy Gutierrez Mejia həyatını itirib.

NBC4-ün müxbiri Moreno bir neçə saat əvvəl Çatsvort ərazisində 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasını havadan canlı yayımla işıqlandırırdı.

Müxbirin öz kamerasından yayımlanan görüntülərə əsasən, helikopter canlı yayım zamanı qəfildən hündürlüyünü itirməyə başlayıb və bir neçə saniyə sonra yerə çırpılıb.

Zərbənin təsirindən helikopterin yanacağı alovlanıb. Yanğın ətrafdakı 4 avtomobilə və 2 anbara keçib. Yanğına 70-dən çox yanğınsöndürən müdaxilə edib.

Qəzanın səbəbi hələ müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma başlanılıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az