Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə husilərin Məkkəni hədəf alan pilotsuz uçuş aparatının hücumunun qarşısının alındığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, husilər ittihamı rədd etsə də, qarşılıqlı hücumların davam etdiyi Yəməndə gərginlik BMT Təhlükəsizlik Şurasını da hərəkətə keçirib.
Husilər tərəfindən buraxıldığı bildirilən pilotsuz uçuş aparatının Məkkənin hava məkanına daxil olmaq üzrə olarkən Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi açıqlanıb.
Husilər bu iddianı rədd edib. İslam dünyasından isə hadisəyə reaksiyalar gecikməyib.