ABŞ Prezidenti Donald Tramp Tehran rəhbərliyinin razılaşma əldə etmək məqsədilə Vaşinqtonla birbaşa əlaqə saxladığını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Ümid edirəm ki, İranla müharibənin sonuna doğru irəliləyirik”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti tədbirdə iştirak etmək üçün getdiyi Şimali Karolina ştatında təyyarədən enərkən jurnalistlərin suallarını cavablandırıb.
ABŞ-ın müharibənin hansı mərhələsində olduğu ilə bağlı suala Tramp “Ümid edirəm ki, müharibənin sonuna doğru irəliləyirik” cavabını verib.
“İran razılaşma əldə etməyi çox istəyir. Görək bu proses necə nəticələnəcək”, – deyə Tramp bildirib.
İrandan birbaşa, yoxsa vasitəçilər üzərindən məlumat alması ilə bağlı suala isə ABŞ Prezidenti “birbaşa xəbər aldığını” söyləyib.