ABŞ Cənub Komandanlığı (SOUTHCOM) Şərqi Sakit okeanda Los Çoneros narkokarteli tərəfindən yanacaq doldurma məntəqəsi kimi istifadə edilən qayığın batırıldığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, SOUTHCOM-un sosial şəbəkə hesabında yayımlanan açıqlamada Şərqi Sakit okeanda Los Çoneros narkokarteli tərəfindən yanacaq doldurma məntəqəsi kimi istifadə edilən qayığa qarşı daha bir əməliyyat keçirildiyi bildirilib.
Açıqlamada əməliyyat zamanı saxlanılan şübhəlilərin Ekvador hakimiyyət orqanlarına təhvil verildiyi qeyd olunub.
“ABŞ qüvvələri axtarış tədbirlərini həyata keçirdikdən və ekipajı sahilə çıxardıqdan sonra qayığı batırıb”, – deyə açıqlamada bildirilib.
Qərb yarımkürəsinin birgə əməliyyat qüvvələrinin (JTF-WHEM) narkokartellərin logistika şəbəkələrinə qarşı əməliyyatlarını davam etdirdiyi vurğulanıb.
SOUTHCOM-un komandanı general Frensis L. Donovan əməliyyatla bağlı açıqlamasında narkokartellərə qarşı qətiyyətli mübarizə apardıqlarını bildirib.
“Ekvadorlu tərəfdaşlarımızla birlikdə vətəndaşlarımızı hədəfə alan, yarımkürənin təhlükəsizliyini sarsıdan, arxasında ölüm və iztirab qoyan narkoterrorçuları qətiyyətlə təqib edirik. Bu planlı, qanuni və dəqiq əməliyyatlar insanların həyatını xilas edir, Ekvadordan ABŞ-a qədər vətəndaşlarımızın təhlükəsizliyini artırır”, – deyə Donovan qeyd edib.