Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkdakı "Türk Evi"ndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla məhsuldar görüş keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, görüşdən sonra jurnalistlərə bəyanat verən Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoyulması məqsədilə liderlər səviyyəsində üçtərəfli sammitin Türkiyədə təşkil olunması təklifini dəstəklədiklərini bildirib.
O, Prezident Ərdoğanın bu mühüm görüşə ev sahibliyi etməyə hazır olduğunu qeyd edib.