logo
logo logo
logo

Berlin hava limanında PUA həyəcanı - Hava məkanı müvəqqəti bağlandı   

13:29 - 24 Sentyabr 2026

Berlin hava limanında PUA həyəcanı - Hava məkanı müvəqqəti bağlandı   

Çərşənbə axşamı Berlin Brandenburg Hava Limanının şimal uçuş-enmə zolağı üzərində pilotsuz uçuş aparatının (PUA) görünməsi səbəbindən hava limanı müvəqqəti olaraq bağlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 45 dəqiqə davam edən məhdudiyyət nəticəsində bəzi reyslərdə gecikmələr yaşanıb.

Mənbəyi məlum olmayan PUA-nın yaratdığı gərginlik səbəbindən hava limanına enməli olan bir çox təyyarə başqa şəhərlərə yönləndirilib.

Brandenburg Hava Limanından verilən açıqlamada deyilir: "Saat 20:00-da hava limanının şimal uçuş-enmə zolağında PUA aşkar edilib. Saat 20:20-də isə hava limanı üzərindəki hava məkanı tamamilə bağlanıb".

Hava məkanının yerli vaxtla saat 21:05-də yenidən açıldığı və uçuşların bərpa edildiyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az