logo
logo logo
logo

Fransada xaos böyüyür - Yüzlərlə lisey bağlandı

19:29 - 02 Oktyabr 2026

Fransada xaos böyüyür - Yüzlərlə lisey bağlandı

Fransada təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə başlayan lisey şagirdlərinin etirazları ölkə üzrə genişlənib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, aksiyalar səbəbindən 400-dən çox təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı, polis əməkdaşları ilə şagirdlərin qarşı-qarşıya gəldiyi bildirilib. Keçirilən etirazlar çərçivəsində 1 793 nəfərin saxlanıldığı açıqlanıb.

Fransada təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə başlayan lisey şagirdlərinin etirazları ölkənin müxtəlif bölgələrinə yayılıb. Paytaxt Paris başda olmaqla bir çox şəhərdə şagirdlər məktəblərin girişlərini bağlayıb, polis ilə nümayişçilər arasında qarşıdurmalar baş verib və bəzi məktəblərdə yanğınlar qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az