logo
logo logo
logo

Hakan Fidan Səudiyyə Ərəbistanında iclasda iştirak edəcək 

12:51 - 05 Oktyabr 2026

Hakan Fidan Səudiyyə Ərəbistanında iclasda iştirak edəcək 

Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Məkkə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin iclasında iştirak edəcəyi bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrindən əldə edilən məlumata görə, Hakan Fidan müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu ilə birlikdə komitənin iclasına qatılacaq.

İclasın günün ikinci yarısında keçirilməsinin planlaşdırıldığı qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az