logo
logo logo
logo

Mirzoyan Pezeşkiana TRIPP layihəsinin icrası barədə məlumat verdi

20:53 - 05 Oktyabr 2026

Mirzoyan Pezeşkiana TRIPP layihəsinin icrası barədə məlumat verdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran Prezidenti Məsud Pezeşkianla görüşüb.


    Manset.az APA-ya istinadən xəbər verir ki, görüş oktyabrın 5-də baş tutub. Tərəflər Ermənistan və İran arasında siyasi təmasların fəal gündəliyini məmnunluqla qeyd ediblər.

    Görüş zamanı enerji, infrastrukturun inkişafı və kommunikasiyaların açılması sahələrində qarşılıqlı faydalı əməkdaşlıq layihələrinə xüsusi diqqət yetirilib. Ararat Mirzoyan TRIPP layihəsinin icrasının gedişi barədə İran Prezidentinə məlumat verib.

    Tərəflər regional sabitlik və təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

    Görüşdə İranın İrəvanda keçiriləcək COP17 konfransında yüksək səviyyədə iştirakı məsələsi də müzakirə olunub.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az