Almaniyada keçmiş Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Auqust Hanning casusluq ittihamı ilə saxlanılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya Federal Baş Prokurorluğu keçmiş Federal Kəşfiyyat Xidmətinin rəhbəri Auqust Hanning barəsində verilmiş həbs qərarı ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, həbs qərarı əsasında saxlanılan Hanning dövlətə xəyanət xarakterli casusluq fəaliyyəti, dövlət sirlərinin araşdırılması, dövlətə xəyanətə cəhd və casusluq etməkdə ittiham olunur.
1998-2005-ci illərdə BND-yə rəhbərlik edən Hanninglə yanaşı, Almaniya vətəndaşı Manfred D.-nin də saxlanıldığı qeyd olunub.
Hanningin həmin dövrdə ofis rəhbəri vəzifəsində çalışan Manfred D. dövlətə xəyanətə cəhd göstərməkdə və dövlətə xəyanət xarakterli casusluq fəaliyyətinə yardım etməkdə ittiham olunur.
Açıqlamada bildirilib ki, Manfred D. 2012-2026-cı illərdə bir neçə BND rəhbərinin ofis rəhbəri kimi çalışıb və bu səbəbdən məxfi məlumatlara çıxışı olub.