logo
logo logo
logo

Rusiyada ayı qəbri qazaraq qadın meyitini apardı

21:32 - 06 Oktyabr 2026

Rusiyada ayı qəbri qazaraq qadın meyitini apardı

Rusiyanın Maqadan şəhərində ayı qəbiristanlıqda məzarlardan birini qazaraq qadının meyitini aparıb.


Manset.az Report-a istinadən xəbər verir ki, ailə fevralın sonlarında vəfat etmiş qohumunun qəbrini ziyarət etmək üçün Maqadandakı qəbiristanlığa gedib, lakin orada məzarın qazıldığını və ətrafındakı hasarın sındırıldığını görüb.

Qadının meyiti yoxa çıxıb, qəbrin ətrafında isə paltar qalıqları olub. Qəbiristanlıq işçiləri heç nə görmədiklərini bildiriblər.

Qohumlar axtarışa başlayıb və qəbiristanlıqdan təxminən 300 metr aralıda, meşədə, 10-a yaxın kəllə və çoxlu sayda sümük aşkarlayıblar. Qazılmış məzarın ətrafındakı əraziyə və qəbiristanlığa baxış zamanı iri ayının izləri də aşkar edilib.

İlkin məlumatlara görə, yırtıcı uzun müddət bu ərazidə məskən salmış ola bilər və ehtimal ki, qəbirləri ilk dəfə qazmır.

Ailə polisə və Maqadan meriyasına müraciət edib. Ayının peyda olması ilə bağlı bundan sonra hansı tədbirlərin görüləcəyinə hakimiyyət orqanları qərar verməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az