logo
logo logo
logo

Həbsxanada iğtişaş baş verdi - 10 nəfər öldü, 16 nəfər yaralandı

15:49 - 09 Oktyabr 2026

Həbsxanada iğtişaş baş verdi - 10 nəfər öldü, 16 nəfər yaralandı

Meksikanın Sinaloa ştatındakı həbsxanada məhbuslar arasında görüş saatlarında iğtişaş baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, iğtişaş nəticəsində ilkin məlumatlara görə, 10 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Sinaloa Ştatının İctimai Təhlükəsizlik Katibliyinin yaydığı yazılı açıqlamada Mazatlan şəhərindəki həbsxanada məhbuslarla görüş saatlarında iğtişaşın baş verdiyi bildirilib.

Açıqlamada hadisə nəticəsində 9 məhbusun və bir məhbusun yaxın qohumunun həyatını itirdiyi qeyd olunub. Yaralanan 16 məhbusun xəstəxanalarda müalicəsinin davam etdiyi vurğulanıb.

Yerli mətbuatda yayılan xəbərlərdə iğtişaş zamanı məhbusların odlu silahlardan istifadə etdiyi iddia olunub.

Hadisənin təfərrüatları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az