ABŞ Prezidenti Donald Trampın avqust ayında yeni kosmik siyasəti təsdiqləməsindən iki gün əvvəl İlon Maskın sahibi olduğu “SpaceX” şirkətinin 1–5 milyon dollar dəyərində borc qiymətli kağızlarını aldığı məlum olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ mətbuatında Trampın maliyyə sənədlərinə istinadən yayılan xəbərlərə görə, o, avqust ayında “SpaceX” şirkətinin 1–5 milyon dollar dəyərində borc qiymətli kağızlarını alıb.
Tramp bundan iki gün sonra kosmik daşımaların gücləndirilməsini nəzərdə tutan yeni siyasəti müəyyənləşdirən sənədi imzalayıb.
Qeyd olunub ki, “SpaceX” şirkətinin borc qiymətli kağızlarının alınması Trampın avqust ayında həyata keçirdiyi 517 maliyyə əməliyyatı arasında yer alıb. Bu əməliyyat isə mümkün maraqlar toqquşması ilə bağlı suallar doğurub.