ABŞ-də ilin əvvəlindən bəri qeydə alınan qızılca hallarının sayı 4 mini ötərək 2025-ci ildə aşkarlanan yoluxma hallarının sayından təxminən iki dəfə çox olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cons Hopkins Universitetinin ölkədəki qızılca hallarını izləyən məlumatlarına əsasən, 2026-cı ilin əvvəlindən indiyədək ABŞ üzrə ümumilikdə 4 020 yoluxma halı qeydə alınıb.
Ötən il ərzində ölkədə 2 286 qızılca hadisəsi aşkarlanıb. Bu ilin ilk 10 ayında qeydə alınan yoluxmaların sayı isə ötən ilin ümumi göstəricisinin təxminən iki qatına çatıb.
Bu ilin əvvəlindən etibarən ən çox qızılca yoluxması Pensilvaniya, Cənubi Karolina, Yuta, Viskonsin, Ohayo, Texas, Virciniya və Florida ştatlarında qeydə alınıb.
Ən çox yoluxma halı 977 nəfərlə Pensilvaniya ştatında aşkarlanıb. Bu ştatı 671 yoluxma ilə Cənubi Karolina, 527 yoluxma ilə isə Yuta izləyib.
Bundan başqa, Viskonsin ştatında 234, Ohayoda 201, Texasda 192, Virciniyada 179, Floridada isə 151 qızılca yoluxması qeydə alınıb.