logo
logo logo
logo

Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı

10:30 - 17 Oktyabr 2026

Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı

Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatıb.


Manset.az Report-a istinadən xəbər verir ki, xəstəxanaya müraciət edənlərin 77-si şagirddir. Qeyd olunur ki, 55 nəfər ambulator müalicə alıb, 33 nəfər isə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalar nəticəsində zərərçəkənlər Kayabağlar rayonunda fəaliyyət göstərən müəssisədən toyuq lavaşlarını istehlak etdiyi müəyyən olunub.

Məlum olub ki, toyuq lavaşlarının bəziləri məktəb yeməkxanasından qablaşdırılıb, digərləri isə birbaşa müəssisədən alınıb. Hadisənin səbəbini müəyyən etmək üçün nümunələr götürülüb və müəssisə sahibi məhkəmə istintaqı çərçivəsində saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az