Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb.
Manset.az xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib.
Qəza bazar gününə keçən gecə baş verib.
Polisin məlumatına görə, yük maşınının sürücüsü idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı insanların üzərinə çıxıb, daha sonra isə məbədin divarına çırpılıb.
Xəsarət alanlardan bir neçəsinin vəziyyəti kritik olaraq qiymətləndirilir.
Qəzanın başvermə səbəbi araşdırılır.