logo
logo logo
logo

Misir Səudiyyə Ərəbistanına hərbi dəstək verməyə hazır olduğunu açıqlayıb

16:14 - 18 Oktyabr 2026

Misir Səudiyyə Ərəbistanına hərbi dəstək verməyə hazır olduğunu açıqlayıb

Misir Yəməndəki husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi dəstək verməyə hazır olduğunu bildirib.


Manset.az APA -ya stinadən xəbər verir ki, bu barədə Misir Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Misir Səudiyyə Ərəbistanının təhlükəsizliyini, sabitliyini, ərazi bütövlüyünü və müqəddəs dini məkanlarını qorumaq üçün bütün zəruri dəstəyi göstərməyə hazırdır.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi məsələ ilə bağlı parlamentin təcili iclasının keçirilməsini istəyib. İclasda Səudiyyə Ərəbistanının müraciəti olacağı təqdirdə bu ölkəyə hərbi yardım göstərilməsi məsələsinə baxılması nəzərdə tutulub.

Qeyd edək ki, son günlər husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına və “Saudi Aramco” neft şirkətinin obyektlərinə hücumlar həyata keçiriblər.

Misir daha əvvəl də, 2015-ci ildə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Yəmən koalisiyasına qoşulub. Lakin həmin dövrdə hərbi əməliyyatlarda iştirakı məhdud olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az