logo
logo logo
logo

"Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər" - KİV

21:50 - 18 Oktyabr 2026

\"Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər\" - KİV

Avropa İttifaqına (Aİ) üzv ölkələr Fransada yaxınlaşan prezident seçkiləri səbəbilə 2027-ci ilin fevralından sonra Rusiyaya qarşı yeni sanksiyalar qəbul edə bilməyəcəklərini istisna etmirlər.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, 2027-ci ilin fevralı Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyaları tətbiq etməsi üçün son fürsət ola bilər. Bundan sonra Fransada prezident seçkiləri kampaniyası ən gərgin mərhələsinə daxil olacaq və buna görə də Moskva əleyhinə məhdudiyyətlərin təsdiqlənməsi ehtimalı aşağı qiymətləndirilir.

Qəzet onu da qeyd edib ki, Fransanın sağçı “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen hakimiyyətə gələrsə, Ukraynaya yardımı azalda bilər.

Xatırladaq ki, Aİ daha əvvəl Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləyib. Paketə 1600-dən çox qurum, o cümlədən Rusiyanın hərbi-sənaye kompleksinə aid müəssisələr və onların rəhbərləri, eləcə də Krım, Donbas və Novorossiyada Dövlət Dumasına seçkilərdə iştirak etmiş deputatlar və deputatlığa namizədlər daxil edilib.

Fransada prezident seçkilərinin birinci turunun 2027-ci il aprelin 18-də keçirilməsi planlaşdırılır. Heç bir namizəd 50 faizdən çox səs toplamazsa, ən çox səs qazanan iki namizəd mayın 2-də keçiriləcək ikinci turda mübarizə aparacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az