logo
logo logo
logo

7 bal gücündə zəlzələ oldu - 1000 km uzaqda hiss edildi 

13:30 - 25 Oktyabr 2026

7 bal gücündə zəlzələ oldu - 1000 km uzaqda hiss edildi 

Yaponiyanın Oqasavara adaları yaxınlığında 7 maqnitudalı zəlzələ baş verib.


Manset.az xəbər verir ki, bu barədə seysmik xidmət funksiyalarını yerinə yetirən Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Sunami təhlükəsi elan edilməyib.

Zəlzələnin ocağı Sakit okeanın dibindən 470 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edilir ki, yeraltı təkanlar 1000 km aralıda yerləşən yaşayış məntəqələrində də hiss edilib.

Oqasavara arxipelaqı Tokiodan 1,2 min km cənubda yerləşir. Arxipelaqın yalnız iki adasında yaşayış var və onların ümumi əhalisi təxminən 2,5 min nəfərdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az