logo
logo logo
logo

Rusiyada müharibədən sonra ilk dəfə dünya çempionatı keçiriləcək

21:41 - 25 Oktyabr 2026

Rusiyada müharibədən sonra ilk dəfə dünya çempionatı keçiriləcək

Rusiya Ukraynaya qarşı müharibəyə başladığı 2022-ci ildən bəri ilk dəfə olimpiya idman növü üzrə dünya çempionatına ev sahibliyi etmək hüququ qazanıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, 2030-cu ildə ağır atletika üzrə dünya çempionatı Moskvada keçiriləcək.

Bu barədə Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) məlumat yayıb.

Federasiyanın qərarına əsasən, 2029-cu ildə dünya çempionatı Hindistanın Əhmədabad şəhərində, 2030-cu ildə isə Rusiyanın paytaxtında təşkil olunacaq.

Fransanın “Le Monde” nəşri bu qərarı Rusiya idmanının beynəlxalq təcriddən yavaş-yavaş çıxması istiqamətində növbəti addım kimi qiymətləndirib.

Qeyd olunur ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) iyulun 7-də Rusiya Olimpiya Komitəsinə tətbiq edilmiş məhdudiyyətləri müvəqqəti olaraq aradan qaldırıb.

Bu qərar rusiyalı idmançıların komanda idman növlərinə və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarının təsnifat yarışlarına qayıtmasına yol aça bilər.

Bununla belə, Rusiya idmançılarının beynəlxalq yarışlarda öz dövlət bayraqları və himnləri altında çıxış etmələri məsələsi hələ də tam həllini tapmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az