Fransanın daxili işlər naziri Loran Nünez oktyabrın 24-də “Sarı jiletlilər” hərəkatının keçirdiyi aksiyalar zamanı 267 hüquq-mühafizə orqanı əməkdaşının və 250-dən çox etirazçının yaralandığını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nünez Fransanın BFMTV telekanalına müsahibəsində yaşayış xərclərinin artmasına etiraz olaraq oktyabrın 24-də küçələrə çıxan “Sarı jiletlilər”in aksiyaları barədə açıqlamalar verib. Həftəsonu keçirilən aksiyalar zamanı ölkə üzrə 1 435 nəfərin saxlanıldığını bildirən nazir oktyabrın 24-də ciddi insident yaşanmadığını iddia edib.
Ölkənin təxminən 10 ərazisində hələ də qismən küçəyə çıxma qadağasının qüvvədə olduğunu qeyd edən Nünez, bələdiyyələrlə məsləhətləşmələr aparan prefekturaların tətbiq etdiyi bu məhdudiyyətlərin davam etdiriləcəyini bildirib.
Nazir oktyabrın 24-də keçirilən aksiyalar zamanı 267 hüquq-mühafizə orqanı əməkdaşının və 250-dən çox etirazçının yaralandığını vurğulayıb. O, Tuluza, Reyms və Klermon-Ferran şəhərlərində ümumilikdə üç nəfərin ağır xəsarət aldığı barədə məlumat əldə etdiklərini də qeyd edib.