logo
logo logo
logo

İngiltərə 2030-a hazırlaşır - Nələr baş verəcək?

16:33 - 26 Oktyabr 2026

İngiltərə 2030-a hazırlaşır - Nələr baş verəcək?

Böyük Britaniyanın müdafiə naziri Ves Stritinq Rusiyanın NATO-ya qarşı hibrid hücumlarını artırdığına diqqət çəkərək, ölkənin 2030-cu ilədək mümkün müharibəyə hazır olması gərəkdiyini bildirib.


Manset.az xəbər verir ki, “Telegraph” qəzetində dərc olunan məqaləsində Stritinq Böyük Britaniyanın müttəfiqləri ilə birlikdə müharibədə qalib gəlmək qabiliyyətinə yiyələnməsi üçün təxminən 1000 gün vaxtının qaldığını qeyd edib. O, düşmən ölkələrin 2030-cu ilədək hərbi qüdrətləri və müharibə iqtisadiyyatları sayəsində Böyük Britaniyaya hücum edə biləcək vəziyyətə gələ biləcəkləri barədə xəbərdarlıq edib.

Bu təhlükənin qarşısını almaq üçün müdafiə imkanlarının artırılmasının vacibliyini vurğulayan britaniyalı nazir hökumətin Soyuq müharibənin başa çatmasından bəri müdafiə xərclərində ən böyük və davamlı artımı həyata keçirdiyini bildirib. O, ölkənin NATO-nun müdafiə xərcləri ilə bağlı hədəfinə çatacağını da qeyd edib.

Stritinq müharibəyə hazırlığın yalnız xərclərlə bağlı hədəflərlə məhdudlaşmadığını, ölkənin mümkün hücuma qarşı hərbi imkanlarını və dayanıqlılığını da gücləndirməli olduğunu vurğulayıb.

Böyük Britaniya hökuməti mümkün kiberhücumlara və təhlükəsizlik təhdidlərinə qarşı “Hazır ol” kampaniyası çərçivəsində vətəndaşlara ən azı üç gün üçün kifayət edəcək ərzaq və su ehtiyatı saxlamağı tövsiyə etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az