Norveçin xarici işlər naziri Espen Bart Eide ölkəsinin Nobel Komitəsini hədəf alan ABŞ Prezidenti Donald Trampa cavab verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, “O, Nobel Komitəsinin müstəqil qurum olduğunu çox yaxşı bilir”, – deyə bildirib.
Nobel Sülh Mükafatına layiq görülmədiyi üçün Norveçə narazılığını bildirən Trampa cavab verən Eide belə deyib:
“Biz ona bunu xatırlatmışıq və vəziyyət dəyişməz olaraq qalır”.
ABŞ Prezidenti Tramp Miçiqandakı seçki mitinqində Norveçi nəzərdə tutaraq, “Norveçi sevmədiyimi demişdim, xatırlayırsınız? Düzünü desəm, Norveç bərbad ölkədir”, – ifadəsini işlədib.
Tramp daha əvvəl başqa bir mitinqdə də “Niyə bərbad ölkələrdən gələn insanları qəbul edirik? Norveç, İsveç və Danimarka kimi ölkələrdən gələnləri qəbul etməsək, necə olar?” – deyə bildirib.
ABŞ Prezidenti daha əvvəl səkkiz müharibəni dayandırdığını iddia edərək, Nobel Sülh Mükafatına özünün layiq olduğunu dəfələrlə vurğulayıb.