logo
logo logo
logo

“Heç kimin istəmədiyi, lazımsız müharibəyə başladılar” - Obama 

15:35 - 29 Oktyabr 2026

“Heç kimin istəmədiyi, lazımsız müharibəyə başladılar” - Obama 

Obama Corciya ştatının Atlanta şəhərində aralıq seçkilərdə Demokratlar Partiyasının namizədinə dəstək məqsədilə təşkil olunan mitinqdə çıxış edərək Trampı və ABŞ hökumətinin qərarlarını tənqid edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Barak Obama ABŞ Prezidenti Donald Trampın “heç kimin istəmədiyi, lazımsız müharibəyə başladığını” bildirib.

Obama deyib: “Hazırkı prezident bir sıra yanlış qərarlar verməyi seçdi. Bunların ən başlıcası heç kimin istəmədiyi, lazımsız bir müharibəyə başlamaq oldu”.

Öz prezidentliyi dövründə İranla əldə olunan razılaşmaya toxunan Obama belə danışıb:

“İran məsələsi. Əvvəlcə irəli sürülən əsaslandırma bu idi ki, ora gedərək onların nüvə silahlarından və nüvə proqramlarından imtina etmələrinə nail olaq. Halbuki İranın nüvə silahı yox idi. Biz onların nüvə proqramını dayandırmışdıq. Hamının qəbul etdiyi kimi, onların nüvə silahına sahib olmasının qarşısını alan bir razılaşma imzalamışdım. Heç bir raket buraxmağa ehtiyac duymadım. Diplomatiya yolunu seçdim”.

ABŞ, İsrail və İran arasında davam edən müharibəni də tənqid edən Obama bildirib:

“Müttəfiqlərimizə və hərbi bazalarımıza hücum edildi. Amerikalılar öldürüldü. Yüzlərlə amerikalı yaralandı. Raket ehtiyatlarımızı tükətdik. Bu isə bizi daha müdafiəsiz vəziyyətə saldı. İran artıq dünya üzrə istehlakçılara çatdırılan neftin böyük hissəsinin daşındığı Hörmüz boğazı üzərində veto hüququna malikdir”.

Müharibənin hələ başa çatmadığına diqqət çəkən Obama benzin, dizel yanacağı və bir çox digər məhsulların qiymətlərinin artmasının səbəbinin də bu olduğunu bildirib. O, müharibə başa çatmadığı müddətdə bu vəziyyətin davam edəcəyini vurğulayıb.

Hazırkı hökumət rəsmilərinin “ciddi insanlar” olmadığını deyən Obama fikrini belə ifadə edib:

“Onların məsuliyyətsizliyinin bədəlini hamımız ödəyirik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az