Türkiyədə istifadə müddəti başa çatmış xərçəng dərmanlarının qablaşdırmasını dəyişdirərək onları ölkə daxilində və xaricdə yenidən satışa çıxaran cinayətkar şəbəkəyə qarşı İstanbul mərkəzli olmaqla 11 vilayətdə eyni vaxtda genişmiqyaslı əməliyyat keçirilib.
Manset.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, 3-ü dövlət qulluqçusu olmaqla, ümumilikdə 24 şübhəlinin iştirak etdiyi qanunsuz fəaliyyət üzrə əməliyyatların ümumi həcmi 650 milyon türk lirəsinə çatıb.
Əməliyyat zamanı 22 nəfər saxlanılıb.