logo
logo logo
logo

"Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək" - Uşakov

13:02 - 02 Noyabr 2026

\"Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək\" - Uşakov

Kremlin rəhbərinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Ukrayna Prezidenti Volodimir Zelenskinin zəng edəcəyi təqdirdə Rusiya Prezidenti Vladimir Putinin telefon zənginə cavab verəcəyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kremlin rəhbərinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Rusiya mətbuatına açıqlamasında Ukrayna məsələsi ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlara Avropa nümayəndələrinin qatılması ehtimalını şərh edib.

ABŞ tərəfi ilə işçi səviyyəsində təmasların olduğunu bildirən Uşakov bu səbəbdən danışıqların ilk mərhələlərinin üçtərəfli formatda keçirilməsinin məntiqli olduğunu vurğulayıb.

Uşakov Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşə biləcəyini də qeyd edib. Onun sözlərinə görə, Zelenski müxtəlif kanallar vasitəsilə bu barədə siqnallar göndərir.

“Zelenski zəng edərsə, Putin telefona cavab verərmi?” sualını cavablandıran Uşakov belə deyib:

“Düşünürəm ki, Putin zəngə cavab verər. Putin heç vaxt görüşməkdən imtina etməyib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az