logo
logo logo
logo

"Müharibə bölgə ilə məhdudlaşmayacaq" - İran ordusundan ABŞ-yə xəbərdarlıq

12:32 - 03 Noyabr 2026

\"Müharibə bölgə ilə məhdudlaşmayacaq\" - İran ordusundan ABŞ-yə xəbərdarlıq

İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya ABŞ tərəfindən ola biləcək hər hansı bir hücum qarşısında müharibənin təkcə bölgə ilə məhdudlaşmayacağını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ordunun sözçüsü Əkrəminiya qatıldığı radio verilişində gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.

ABŞ-nin hücum təhdidlərinə qarşılıq olaraq "düşmən hədəf bankı"nın yeniləndiyini və Silahlı Qüvvələrin müdafiə ilə hücum qabiliyyətlərinin artırıldığını söyləyən Əkrəminiya: "ABŞ-nin hər hansı yeni təcavüzü keçmişdəkindən daha əhatəli, dağıdıcı və dərhal bir cavabla qarşılanacaq və yeni bir müharibə baş verəcəyi təqdirdə, müharibənin coğrafiyası Qərbi Asiya bölgəsi ilə məhdudlaşmayacaq", – deyə vurğulayıb.

Xatırladaq ki, İran rəhbəri Ayətullah Müctəba Xamenei oktyabrın 31-də Baş Qərargah rəisi, general-mayor Əli Abdullahinin, İran Ordusunun komandanı, general-mayor Əmir Hatəminin, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Əhməd Vahidi və digər yüksək rütbəli hərbi rəsmilərin iştirakı ilə keçirilən görüşdə istənilən hücuma dərhal, təsirli və coğrafi sərhəd tanımayan şəkildə cavab verilməsi barədə tapşırıq vermişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az