Azerbaijan flag

İzmirdə fabrikdə PARTLAYIŞ - Ölənlər və yaralananlar var 

16:06 - 09 Noyabr 2026

İzmirdə fabrikdə PARTLAYIŞ - Ölənlər və yaralananlar var 

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb.


Manset.az xəbər verir ki, bu barədə İzmir Valiliyi məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində yaranan dağıntılar altında 10 nəfərin qaldığı ehtimal olunur.

Qeyd edək ki, hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları, təcili tibbi yardım qrupları və polis əməkdaşları cəlb edilib.

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu daha əvvəl hadisə nəticəsində 1 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlamışdı. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az