Azerbaijan flag

"Hörmüz boğazında 2 tankerdə partlayış və yanğınlar baş verdi" - SEPAH

16:30 - 10 Noyabr 2026

\"Hörmüz boğazında 2 tankerdə partlayış və yanğınlar baş verdi\" - SEPAH

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Tehran tərəfindən təsdiqlənməyən marşrutla Hörmüz boğazından keçməyə cəhd edən iki tankerin göyərtəsində partlayışlar və yanğınlar baş verdiyini bəyan edib.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

"Hörmüz boğazından icazəsiz marşrutla hərəkət edən iki tanker dayandırılıb. Güclü partlayışlardan sonra onların göyərtəsində yanğın baş verib", - bəyanatda bildirilib.

İran hərbçilərinin iddiasına görə, gəmilər naviqasiya sistemləri söndürülmüş halda hərəkət edib. Onlardan biri minaya düşərək partlayıb. İkincisi isə ABŞ qırıcılarının mühafizəsi altında boğazı keçməyə cəhd edib. İnsident boğazın cənub sahilində baş verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az