Ukraynaya göndərilən hərbi kömək ŞOK yaratdı: "Zarafat edirsiniz yoxsa ciddisiniz?"

16:21 - 27 Yanvar 2022

Ukraynaya göndərilən hərbi kömək ŞOK yaratdı: \"Zarafat edirsiniz yoxsa ciddisiniz?\"

Almaniyanın Ukraynaya hərbi yardım göndəriləcəyi barədə açıqlaması müzakirələrə yol açıb.

 

 

Manset.az xəbər verir ki, Almaniyanın Müdafiə Nazirliyi Ukraynaya 5 min dəbilqə göndəriləcəyini açıqlayıb. Berlinin bu dəstəyi Ukraynada “zarafat” kimi qəbul olunub. Sakinlər bu xəbərin ciddi olduğuna inanmayıb. Kiyevin Bələdiyyə sədri Vitali Kliçko deyib:

“Deməyə söz tapmıram. Almaniya növbəti dəfə dəstək üçün nə göndərəcək? Balış?”

 

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Almaniyadan silah yardımı istəsə də, rədd cavabı alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az