İrandan Avropa ölkələrinə ünvanlanan diqqətçəkən təhdid səsləndirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzayi hərbi qarşıdurmaların yenidən başlaması təqdirdə Avropadakı ABŞ hərbi bazalarını da hədəfə ala biləcəklərini bildirib. O, ABŞ-nin hərbi bazalarına ev sahibliyi edən ölkələri Vaşinqton administrasiyası ilə əməkdaşlıq etməməyə çağırıb.
İran Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzayi Livan mətbuatına müsahibəsində ABŞ-nin yenidən hücum edəcəyi təqdirdə yalnız regiondakı deyil, Avropadakı Amerika hərbi bazalarını da hədəfə ala biləcəklərini bəyan edib.
Rzayi Amerika hərbi bazalarına ev sahibliyi edən ölkələrin hərbi qarşıdurmalar zamanı Vaşinqton administrasiyası ilə əməkdaşlıq etməməli olduğunu vurğulayıb.